Putin Baydenlə görüşəcək? - Peskov AÇIQLADI 

saytların hazırlanması

Evə çatdırılma

Putin Baydenlə görüşəcək? - Peskov AÇIQLADI 

Siyasət

04 Oktyabr 2024 14:59 653


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu gün Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında görüş üçün heç bir ilkin şərt yoxdur. 

Yenisabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskova qarşıdan gələn G20 və APEC sammitləri çərçivəsində belə bir görüşün mümkün olub-olmaması ilə bağlı sual verilib. 

Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin hər zaman dialoqa açıqdır: “Bu barədə heç bir söhbət olmayıb. Hazırda heç bir ilkin şərt yoxdur, baxmayaraq ki, prezident dəfələrlə ünsiyyətə açıq qalacağını bildirib. Sammitə qatılmaqla bağlı isə hələlik qərar verilməyib”, - deyə Peskov bildirib.  pizza

Noyabrın 15-16-da Perunun paytaxtı Limada APEC sammitinin keçirilməsi planlaşdırılır. G20 sammiti noyabrın 18-19-da Braziliyada, Rio-de-Janeyroda keçiriləcək. 

Rusiya prezidenti amerikalı həmkarı ilə 2022-ci ilin fevralından bəri əlaqə saxlamayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!