Putin beynəlxalq forumda Paşinyanla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Putin beynəlxalq forumda Paşinyanla görüşəcək

Rəsmi

05 Sentyabr 2022 17:30 1050


Vladimir Putin Şərq İqtisadi Forumu (ŞTF) çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ nizamlanması məsələsini müzakirə edəcək.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O deyib: “Dağlıq Qarabağ nizamlanması mövzusunun müzakirəsi gözlənilir. Rusiya liderlər arasında üçtərəfli sazişlər əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hərtərəfli yardımını davam etdirir. Rusiya sülhməramlı kontingenti regionda təhlükəsizliyi təmin edir”, - deyə Uşakov vurğulayıb. Dördpendirli pizza

O əlavə edib ki, tərəflər Rusiya-Ermənistan münasibətlərinin əsas aspektlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini də müzakirə edəcəklər: “Enerji sektorunda qarşılıqlı əlaqələr inkişaf edir. Rusiyadan qaz tədarükü - 2,4 milyard kubmetrdən çoxdur (bu ilin yanvar-iyun aylarında 1,41 mlrd. kubmetr).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!