“Putin bizi çox aşağıladı“   - Zelenskinin xanımı

saytların hazırlanması

Evə çatdırılma

“Putin bizi çox aşağıladı“ - Zelenskinin xanımı

Maraqlı

09 Mart 2022 16:26 921


Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenska müharibəyə münasibət bildirib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Rusiya işğalını pisləyib və hücumların mülki vətəndaşın ölümünə səbəb olduğunu xatırladıb.

Bombalamalarda həyatını itirən 3 ukraynalı uşağın adını çəkən Zelenska, işğalın inanılmaz bir vəziyyət olduğunu ifadə edərək, “Ölkəmiz əmin-amanlıq içində idi, şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz həyatla dolu idi. Hazırda baş verənlər Ukrayna vətəndaşlarının kütləvi şəkildə qətlə yetirilməsidir. Ən dəhşətlisi uşaqların ölümüdür”. Dördpendirli pizza

Zelenskaya qeyd edib ki, “Putini dayandıra bilməsək, dünyada heç birimiz üçün təhlükəsiz yer olmayacaq”.

Xanım Zelenska sonda Putinin onları çox aşağıladığını qeyd edib. O, Ukrayna xalqının qələbə qazanacağına inandığını əlavə edib: "Rus təbliğatçıları elə zənn edirdilər ki, ukraynalılar onları çiçəklərlə qarşılayacaq. Amma Ukrayna xalqı onları "Molotov kokteyli" ilə qarşıladı".

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!