Putin Boris Yeltsinin ən yaxın adamına vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Boris Yeltsinin ən yaxın adamına vəzifə verdi

Dünya

04 Dekabr 2020 23:26 1566


Rusiya prezidenti Vladimir Putin Anatoli Çubaysı beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndə təyin edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Anatoli Çubays prezidentin xüsusi nümayəndəsi vəzifəsində dövlət qulluqçusu və prezident administrasiyasının əməkdaşı olmayacaq. pizza sifarişi

Xatırladaq ki, 65 yaşlı Anatoli Çubays 1991-ci ildə Rusiyada müxtəlif aparıcı vəzifələrdə çalışıb. 1990-cı illərdə ölkədəki iqtisadi islahatların ideoloq və rəhbərlərindən olub. 2000-ci illərdə Rusiyanın elektro-energetika sahəsində islahatlara başçılıq edib. 2008-ci ildə Rusiya Dövlət Nanotexnolgiya şirkətinin baş direktoru, 2011-ci ildən isə Rusiya Nano-Texnologiyalar Açıq Cəmiyyəti İdarə Heyətinin sədri olub.

Anatoli Çubays Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamlarındandır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!