Putin bu gün Ermənistana gedir

saytların hazırlanması

Evə çatdırılma

Putin bu gün Ermənistana gedir

Rəsmi

22 Noyabr 2022 09:40 961


Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistana səfər edəcək.  

Yenisabah.az xəbər verir ki, Rusiya lideri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasına qatılacaq.

 Rusiya Prezidenti sonuncu dəfə Ermənistanda 2019-cu ildə Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində olub.  Dominos pizza

Kollektiv Təhlükəsizlik Şurasının tədbirində Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emomali Rahmon və KTMT-nin baş katibi Stanislav Zas iştirak edəcək. 

 Qeyd edək ki, hazırda KTMT-yə Errmənistan sədrlik edir. 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!