Putin çıxış edəndə Kadırov   AĞLADI

saytların hazırlanması

Evə çatdırılma

Putin çıxış edəndə Kadırov AĞLADI

Maraqlı

30 Sentyabr 2022 17:54 1522


Çeçenistan rəhbəri Ramzan Kadırov prezident Vladimir Putinin Rusiyaya yeni ərazilərin daxil olmasına dair sazişlərin imzalanması mərasimindəki çıxışı zamanı göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.

Mərasim Böyük Kreml Sarayının Georgiyevski zalında keçirilib. Ora Rusiya regionlarının rəhbərləri, nazirlər, senatorlar və deputatlar dəvət olunub. pizza hut

Putinin çıxışı zamanı Kadırov başını yuxarı qaldırıb və gözlərindən yaş axdığı diqqətdən yayınmayıb.

Xatırladaq ki, bu gün prezident Putin Ukraynanın işğal olunmuş ərazilərinin "rəhbərləri" ilə “müqavilələr” imzalayıb.

Bu “müqavilərlər”lə Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarının Rusiyanın ərazisinə daxil olduğu bəyan edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!