Putin: Diqqətiniz sayəsində humanitar əlaqələr yüksək səviyyədədir

saytların hazırlanması

Evə çatdırılma

Putin: Diqqətiniz sayəsində humanitar əlaqələr yüksək səviyyədədir

Siyasət

09 Oktyabr 2025 16:31 275


Azərbaycan təyyarəsinin vurulması ilə bağlı faciəyə baxmayaraq, Moskva ilə Bakı arasında ticarət-iqtisadi əlaqələr uğurla inkişaf edir.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

O qeyd edib: "Maraqlarımız, qarşılıqlı maraqlarımız bir çox sahələrdə üst-üstə düşür və çox yaxındır. Bu, hər şeydən əvvəl ticarət-iqtisadi əlaqələrə aiddir. Bayaq qeyd etdiyim bu faciə ilə bağlı bütün nüanslara və bununla bağlı yaranmış müəyyən məsələlərə baxmayaraq, ticari-iqtisadi əlaqələr uğurla inkişaf edir". Marqarita pizza

Putinin sözlərinə görə, bu il ticarət dövriyyəsi artıq 16% artıb: 

"Bu, çox yaxşı göstəricidir. Məsələyə diqqətiniz sayəsində humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub".

O vurğulayıb ki, Rusiya öz növbəsində “bu sürətin saxlanması üçün hər şeyi edəcək”.

Rusiya Prezidenti Azərbaycanla əməkdaşlığın müttəfiqlik ruhunda “nəinki bərpa ediləcəyinə, əksinə davam edəcəyinə” ümid etdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!