Putin Ərdoğana göz vuraraq: “Onda gələn dəfə edərsiniz…”

saytların hazırlanması

Evə çatdırılma

Putin Ərdoğana göz vuraraq: “Onda gələn dəfə edərsiniz…”

Dünya

30 Sentyabr 2021 09:34 7030


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan arasında Soçidə danışıqlar təxminən 3 saat davam edib. Danışıqların yekununa dair mətbuat üçün açıqlama olmayıb.

Prezident Erdoğan Putinlə danışıqlar barədə bunları deyib: "Mən inanıram ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlərimiz gündən-günə daha da güclənir, böyük faydalar verir."

Erdoğanla sağollaşarkən Prezident Putin həmkarına Sputnik V Rusiya peyvəndi ilə vaksinlənməyi məsləhət görüb. Pepperoni pizza

"Özümdə sınamışam. Yoluxmuş köməkçimlə gün ərzində təmasda olsam da, xəstələnməmişəm. Odur ki, növbəti dəfə Sputnik V ilə vaksinlənin", Putin Erdoğana deyib.

"Artıq etmişəm. Pfizer-BioNTech ilə. Üçüncü doza", - Erdoğan cavab verib.

"Onda gələn dəfə edərsiniz", - Putin göz vuraraq Erdoğana söyləyib, TASS xəbər verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!