Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Ermənistan vprezidenti Vahan Xaçaturyanla görüşəcək.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
“Forum çərçivəsində bu plenar iclasdan sonra prezident ikitərəfli təmaslar keçirəcək. Bunlar Tokayevlə danışıqlar olacaq. Daha sonra Ermənistan Respublikasının prezidenti Xaçaturyanla ilk görüş keçiriləcək. Bundan başqa Rusiya prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin serb xalqından olan üzvü Milorad Dodiki də qəbul edəcək”, - deyə Uşakov qeyd edib. pizza hut
Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu gün başlayıb.
Telegram kanalımız