Putin Ermənistana nə vaxt gedəcək? - Köməkçisindən cavab

saytların hazırlanması

Evə çatdırılma

Putin Ermənistana nə vaxt gedəcək? - Köməkçisindən cavab

Rəsmi

08 Sentyabr 2022 13:53 1152


Kreml Rusiya prezidenti Vladimir Putinin Ermənistana gözlənilən səfərini hələlik təsdiqləməyib.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

“Məndə bunun təsdiqi yoxdur. Hələlik tərəfimiz bu barədə rəsmi açıqlama verməyib”, - deyə Uşakov jurnalistlərə belə bir səfərin hazırlanıb-hazırlanmaması ilə bağlı sualı cavablandırıb. Sezar pizza

O əlavə edib ki, Rusiya lideri və Ermənistanın baş naziri Nikol Paşinyanın işgüzar əlaqələri aktivdir, onlar bu il bir neçə dəfə şəxsən görüşüblər, siyasətçilər də mütəmadi olaraq telefonla danışırlar.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Mirzoyan bəyan etmişdi ki, Putinin ölkəyə səfəri oktyabr-dekabr aylarında baş tuta bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!