Putin İlham Əliyevi Moskvaya dəvət etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin İlham Əliyevi Moskvaya dəvət etdi

Siyasət

15 Mart 2025 20:20 1730


Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.

Yenisabah.az xəbər verir ki, səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.

Vladimir Putin dövlətimizin başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib. Sezar pizza

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.

Dövlət baçşıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!