Putin İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin İlham Əliyevi təbrik etdi

Siyasət

27 May 2025 12:33 251


Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenisabah.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Marqarita pizza

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada artan nüfuza malikdir.

Rusiya-Azərbaycan münasibətləri dostluq, müttəfiqlik xarakteri daşıyır. Əminəm ki, konstruktiv ikitərəfli əməkdaşlığın, beynəlxalq məsələlərdə tərəfdaşlıq üzrə qarşılıqlı fəaliyyətin bundan sonra da birgə səylərlə gücləndirilməsini təmin edə biləcəyik. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur - Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!