Vladimir Putin 9-cu Ermənistan-Rusiya regionlararası konfransın iştirakçılarını məktubla salamlayıb.
Yenisabah.az xəbər verir ki, Rusiya və Ermənistanın müxtəlif istiqamətlərdə böyük əməkdaşlıq təcrübəsi topladığını qeyd edib:
“Bu il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 30 illiyini və Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin imzalanmasının 25-ci ildönümünü qeyd edirlər. Ötən dövrdə Rusiya ilə Ermənistan arasında müxtəlif istiqamətlərdə böyük konstruktiv əməkdaşlıq təcrübəsi toplanıb və ikitərəfli əlaqələr yüksək müttəfiqlik səviyyəsinə çatdırılıb”, - deyə Putin vurğulayıb. Sezar pizza
Xatırladaq ki, İrəvandakı Karen Dəmirçyan adına idman-konsert kompleksində 9-cu Ermənistan-Rusiya regionlararası forumu keçirilir.
Plenar iclasda Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk iştirak edirlər.
Telegram kanalımız