Putin İrəvanda Paşinyanla təkbətək görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Putin İrəvanda Paşinyanla təkbətək görüşəcək

Rəsmi

21 Noyabr 2022 16:57 1036


Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin keçiriləcəyi İrəvana səfəri çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirməyi planlaşdırır.

Yenisabah.az TASS-a istinadla bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, görüş təbii ki, planlaşdırılır”, – deyə Kreml nümayəndəsi Rusiya və Ermənistan liderlərinin noyabrın 23-də İrəvanda ayrıca görüşünün olub-olmayacağı ilə bağlı suala cavab verib. Dördpendirli pizza

Xatırladaq ki, bundan əvvəl Peskov Putinin noyabrın 23-də Ermənistanda keçiriləcək KTMT sammitində iştirak edəcəyini təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!