Putin Kiyevlə ilkin şərtlər olmadan danışıqlara hazır olduğunu dedi

saytların hazırlanması

Evə çatdırılma

Putin Kiyevlə ilkin şərtlər olmadan danışıqlara hazır olduğunu dedi

Siyasət

26 Aprel 2025 20:11 306


"Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşü zamanı Rusiya tərəfinin Ukrayna ilə ilkin şərtlər olmadan danışıqlara hazır olduğunu təsdiqləyib".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov müvafiq sualı cavablandırarkən məlumat verib.

"Vladimir Putin Trampın nümayəndəsi Uitkoffla dünənki söhbəti zamanı təkrar edib ki, Rusiya tərəfi heç bir ilkin şərtlər olmadan Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə hazırdır", - deyə Kreml nümayəndəsi bildirib. Sezar pizza

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında ilin əvvəlindən bəri dördüncü görüş baş tutub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov söhbətin üç saat davam etdiyini və "konstruktiv, olduqca faydalı xarakter" daşıdığını bildirib. Tramp Uitkoffun Putinlə görüşünü "yaxşı" adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!