Prezident Vladimir Putin Sergey İvanovun Rusiya Təhlükəsizlik Şurasından çıxarılması barədə fərman imzalayıb.
"Yeni Sabah" xəbər verir ki, fərman hüquqi informasiya portalında dərc edilib.
Fevralın 4-də İvanov Prezidentin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə Xüsusi Nümayəndəsi vəzifəsindən istefa verib. O bu vəzifəni 2016-cı ildən tutur və bundan əvvəl Prezident Administrasiyasının Aparat rəhbəri vəzifəsində çalışıb. Pepperoni pizza
Buna qədər isə 2001-2007-ci illərdə Rusiya Federasiyasının müdafiə naziri vəzifəsində çalışıb.
S. İvanov təqaüddə olan general-polkovnikdir.
Bəzi şərhçilər onu Vladimir Putinin mümükün varisi hesab edirdi.
Telegram kanalımız