Putin Kremldəki mənzilinin soyuducusunun içindəkiləri göstərib

saytların hazırlanması

Evə çatdırılma

Putin Kremldəki mənzilinin soyuducusunun içindəkiləri göstərib

Dünya

02 May 2025 17:19 430


"Rossiya 1" telekanalının jurnalisti Pavel Zarubinlə söhbəti zamanı Vladimir Putin Kremldəki mənzilində soyuducunu açıb və içindən kefir çıxarıb.

Yenisabah.az "RİA Novosti"yə istinadən xəbər verir ki, daha sonra dövlət başçısı qonağa yemək təklif edib və bufetdən iki fincan götürüb.

Bazar günü "Rossiya 1" telekanalında nümayiş olunacaq prezident haqqında yeni sənədli filmə daxil olan kadrlarda meyvə, bal, kefir, duz-istiotçəkənlər, soya sousu, kağız salfetlər, masanın üzərində sənədlər olan qovluqlar əks olunub. Marqarita pizza

Xatırladaq ki, daha əvvəl Putin omlet yeməkdən həzz aldığını və əvvəllər səhər yeməyində on yumurta yeyə biləcəyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!