Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif etdi

Siyasət

14 Mart 2025 23:44 253


“Donald Tramp və ABŞ administrasiyası Moskva ilə Vaşinqton arasında münasibətləri bərpa etmək üçün hər şeyi edir”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Putin deyib ki, o, Trampın Kursk vilayətində Ukrayna qoşunlarını əfv etmək çağırışı ilə tanış olub. Toyuqlu pizza

Rusiya prezidenti qeyd edib ki, ukraynalı hərbçilər Kursk vilayətində silahı yerə qoysalar, onlara yaşamaq hüququ və layiqli rəftar təmin ediləcək.

Putin əlavə edib ki, Kiyev Trampın çağırışını həyata keçirmək üçün Kursk vilayətindəki hərbçilərinə təslim olmaq əmri verməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!