"Cənubi Qafqazda infrastruktur məsələlərinin həlli kontekstində İran istiqamətində çox iş görmək olar".
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Tehranda iranlı və türkiyəli vəzifədaşları ilə görüşdən sonra deyib.
“Bizim İranla və müxtəlif sahələrdə əməkdaşlığımızın yaxşı perspektivi var. Məsələn, bunlardan biri infrastrukturun inkişafıdır. Bilirsiniz ki, Rusiya hökumətinin baş nazir müavinlərindən birinin rəhbərliyi altında Cənubi Qafqazda əlaqələr qurmaqla, infrastrukturu inkişaf etdirməklə, Cənubi Qafqazda infrastruktur məsələlərini həll etməklə məşğul olan qrupumuz var. Bu, Azərbaycan, Ermənistan, Rusiyadır. Bu istiqamətdə, yəni İran istiqamətində çox şey etmək olar. Pepperoni pizza
İndi, bildiyiniz kimi, ilk sınaq, sınaq qatarı artıq Şimal-Cənub marşrutu ilə hərəkət edib. Bu, İranın cənub limanlarına, daha sonra isə Fars körfəzinə və Hindistana gedən qısa yoldur.
Rəşt-Astara dəmir yol xəttinin konkret bir hissəsi var. Bu, İran ərazisində kiçik bir ərazi, 146 kilometrdir. Azərbaycan bu hissənin tikintisində maraqlıdır. Bu yaxınlarda Xəzər sammiti çərçivəsində Prezident Əliyevlə görüşdük və bu barədə müzakirələr apardıq. İran bu işdə maraqlıdır və iranlı tərəfdaşlarımız da bunu indi təsdiqləyiblər. Rusiya da bu məsələdə maraqlıdır, çünki Rusiyanın şimalından, Sankt-Peterburqdan birbaşa Fars körfəzinə çıxışımız olacaq.
Çox maraqlı və perspektivli marşrutdur. Əsas məsələ bir hissəni tikməkdir, təkrar edirəm, cəmi 146 kilometr. Rusiya tərəfi bunu etməyə hazırdır. Bu tikintinin şərtlərini razılaşdırmalıyıq. İndi iranlı tərəfdaşlarımız və dostlarımızla ümumi şəkildə danışmışıq, bir daha deyirəm: Azərbaycanla aydınlaşdırmışıq. Ümid edirəm ki, indi konkret işə başlayacağıq. İşin özü bizim üçün maraqlıdır, bu, əslində idxal işidir, Rusiya Dəmir Yolları üçün xidmətlərimizin idxalıdır. Bunlar nümunələrdən sadəcə biridir”, - deyə Rusiya prezidenti qeyd edib.
Telegram kanalımız