Putin müdafiə nazirinin müavini Andrey Bulıqanı vəzifəsindən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin müdafiə nazirinin müavini Andrey Bulıqanı vəzifəsindən azad etdi

Dünya

08 Noyabr 2025 16:29 324


Rusiya müdafiə nazirinin müavini vəzifəsində çalışan general-polkovnik Andrey Bulıqa Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.

"Andrey Mixayloviç Bulıqa Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilsin və hazırkı vəzifəsindən azad edilsin", - deyə sənəddə bildirilib. Dominos pizza

General Bulıqanın yerinə Müdafiə Nazirliyinə Cənub Hərbi Dairəsinin komandanı vəzifəsində çalışan general-polkovnik Aleksandr Sançik təyin edilib. O, həmçinin prezidentin fərmanı ilə, eyni zamanda, əvvəlki vəzifəsindən azad edilib.

Bulıqa Müdafiə Nazirliyində silahlı qüvvələrin maddi-texniki təminatına cavabdeh idi. General daha əvvəl Qərb Hərbi Dairəsində komandan müavini kimi maddi-texniki təminat məsələləri ilə məşğul olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!