Putin müharibə iştirakçılarının rəhbər vəzifələrə gətirilməsini istədi

saytların hazırlanması

Evə çatdırılma

Putin müharibə iştirakçılarının rəhbər vəzifələrə gətirilməsini istədi

Dünya

18 Sentyabr 2025 17:53 249


"Xüsusi Hərbi Əməliyyatın (Ukraynadakı müharibə - red.) iştirakçıları rəhbər vəzifələrə yüksəldilməlidir, çünki onlar öz ölkələrinə xidmətdə heç nədən qorxmurlar". 

"Yeni Sabah" xəbər verir ki, bunu sentyabrın 18-də Rusiya prezidenti Vladimir Putin deyib. 

Rusiya liderinin sözlərinə görə, müharibə iştirakçıları fədakarlığa hazır olduqlarını sübut etdikləri üçün rəhbər vəzifələr tutmalıdırlar: "Biz öz ölkəsinə xidmət etməkdə heç nədən qorxmayan, öz sağlamlığını və həyatını riskə atmağa hazır olan insanları axtarmalı, tapmalı və təbliğ etməliyik. Belə insanlar rəhbər vəzifələrə yüksəldilməlidir".  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!