2025-ci ildə Rusiya Müdafiə Nazirliyi ilə 400 mindən çox insan müqavilə imzalayıb.
"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Birbaşa əlaqə" zamanı bildirib.
“Son il ərzində 400 mindən çox insan – 406 min və ya 410 min nəfər bizimlə müqavilə imzalayıb”, - Putin bildirib. Toyuqlu pizza
O, həmçinin qeyd edib ki, ordunun yeni yaradılan pilotsuz uçuş aparatlarında xidmət etmək istəyənlərin sayı o qədər çoxdur ki, “Müdafiə Nazirliyi müsabiqə elan etməyə məcburdur”.
"Maraqlısı odur ki, müqavilə imzalamaq və cəbhəyə getmək üçün məzuniyyətə çıxan çox gənclər - müxtəlif universitetlərin tələbələri var. Bu, ilk növbədə pilotsuz təyyarə operatorları kimi döyüş əməliyyatlarında iştiraka aiddir", - prezident izah edib.
Telegram kanalımız