Putin müşaviri: “SSRİ hələ də mövcuddur, Ukraynadakı müharibə daxili prosesdir”

saytların hazırlanması

Evə çatdırılma

Putin müşaviri: “SSRİ hələ də mövcuddur, Ukraynadakı müharibə daxili prosesdir”

Dünya

21 May 2025 15:44 345


Rusiya Prezidentinin müşaviri Anton Kobakov sensasion bəyanatla çıxış edib. O, Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib ki, Sovet İttifaqının dağılması hüquqi baxımdan qeyri-legitim olub və bu səbəbdən SSRİ hüquqi cəhətdən hələ də mövcuddur.

Yenisabah.az xəbər verir ki, Kobakov vurğulayıb ki, Sovet ittifaqı Xalq Deputatları Qurultayının qərarı ilə yaradılmışdı və yalnız həmin orqanın qərarı ilə ləğv edilə bilərdi. Onun sözlərinə görə, SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovej razılaşmalarını ittifaq respublikalarının Ali Sovetlərinin ratifikasiya etməyə səlahiyyəti olmayıb.

“Əgər hüquqi prosedur pozulubsa, bu o deməkdir ki, SSRİ hüquqi baxımdan hələ də mövcuddur. Bunu konstitusiya hüququ üzrə mütəxəssislər deyir. Əgər SSRİ rəsmi olaraq ləğv edilməyibsə, onda hüquqi məntiqə əsasən Ukrayna müharibəsi daxili proses sayılmalıdır”, – deyə Putin müşaviri qeyd edib.  (Musavat.com) pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!