“Putin ölsə, müharibə bitəcək” deyən jurnalistə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

“Putin ölsə, müharibə bitəcək” deyən jurnalistə cinayət işi açıldı

Maraqlı

22 Mart 2022 22:40 888


Rusiyalı tanınmış jurnalist Aleksandr Nevzorova qarşı cinayət işi açılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

O, Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumat yaymaqda ittiham olunur. Toyuqlu pizza

Bildirilir ki, Nevzorov martın 9-da Rusiyada qadağan olunmuş “Instagram” sosial şəbəkəsindəki səhifəsində və martın 19-da “Youtube” kanalında doğum evinin atəşə tutulması barədə məlumat yayıb.

Xatırladaq ki, Rusiyalı publisist-jurnalist Aleksandr Nevzorov prezident Vladimir Putinlə bağlı sensasion fikirlər səsləndirib. O bildirib ki, bütün dünya indi yalnız Putinin ölüm xəbərini gözləyir. Jurnalistin fikrincə, Putin ölsə, müharibə bitəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!