Putin Polad Bülbüloğlunu təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Polad Bülbüloğlunu təbrik etdi

Siyasət

04 Fevral 2020 08:40 914


Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycanın Xalq artisti, bəstəkar Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.

"Yeni Sabah"ın xəbərinə görə, bu barədə Kremlin saytında məlumat verilib.

“75 yaşınız münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın inkişafına çox mühüm töhfələr verirsiniz. Əlbəttə ki, bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram”, - deyə təbrikdə qeyd olunub. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!