Putin Qarabağ haqda müzakirə apardı

saytların hazırlanması

Evə çatdırılma

Putin Qarabağ haqda müzakirə apardı

Dünya

07 İyun 2021 19:38 1197


Bu gün Vladimir Putin və Şarl Mişel Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti və Avropa Şurasının rəhbəri telefon söhbətində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağ ətrafında fikir mübadiləsi aparıblar. Pepperoni pizza

Həmçinin, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılması, əhalinin humanitar problemlərinin həlli prioritet vəzifələr sayılıb.

Şarl Mişel ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) da daxil olmaqla, həyata keçirilən işlərə dəstəyini dilə gətirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!