Putin Roqozini vəzifədən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Roqozini vəzifədən azad etdi

Maraqlı

15 İyul 2022 17:35 1059


Rusiya prezidenti Vladimir Putin “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozini vəzifəsindən azad edib.

Yenisabah.az xəbər verir ki, Roqozin bu vəzifəni 2018-ci il mayın 24-dən tuturdu. Bundan əvvəl o, Rusiya hökuməti yanında hərbi-sənaye komissiyasının sədri, daha sonra isə bu komissiya “Rusiya Federasiyası Prezidenti yanında” statusu alanda və Putinin rəhbərlik etdiyi vaxtda onun sədr müavini olub.

“Roskosmos” rəhbərinin yerini əvvəllər baş nazirin müavini vəzifəsini tutmuş Yuri Borisov tutacaq. Əvvəllər uzun illər Federal Sənaye Agentliyində rəhbər vəzifələrdə çalışıb, sənaye və ticarət nazirinin müavini, Hökumət yanında Hərbi Sənaye Komissiyasının sədr müavini, müdafiə nazirinin müavini, Rusiya Federasiyası Hökuməti sədrinin müavini olub. Dominos pizza

Roqozinin Ukrayna ilə bağlı məsələlərin həlli üçün başqa vəzifəyə keçirilməsi planlaşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!