Putin sabah peyvənd olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Putin sabah peyvənd olunacaq

Dünya

22 Mart 2021 19:11 740


Rusiya Prezidenti Vladimir Putin 23 mart tarixində peyvənd olunacağını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Putin bu barədə peyvəndlənmə ilə bağlı baş tutan iclasda açıqlama verib.

“Vaksinasiya - əlbəttə ki, hər insanın könüllü seçimidir, hər kəsin şəxsi qərarıdır. Yeri gəlmişkən, mən özüm bunu sabah etmək niyyətindəyəm”,- deyə o vurğulayıb. pizza

Putin hansı peyvəndi vurduracağını açıqlamasa da, mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bunun 3 yerli peyvənddən biri olacağını bildirib.

Qeyd edək ki, hazırda Rusiyada müxtəlif sınaq mərhələlərində olan 3 peyvənd istehsal edilir :“Sputnik V”, “EpiVacCorona” və “KoviVak”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!