Putin: Səfəriniz xüsusi əhəmiyyət kəsb edir

saytların hazırlanması

Evə çatdırılma

Putin: Səfəriniz xüsusi əhəmiyyət kəsb edir

Dünya

17 Yanvar 2025 15:35 194


Rusiya ilə İran arasında bu gün imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi bütün sahələrdə əməli əməkdaşlığa təkan verəcək.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla görüşündə deyib.

Rusiya lideri bildirib: "Sizin bugünkü səfəriniz xüsusi əhəmiyyət kəsb edir, çünki nəinki əməkdaşlığımızın bütün sahələrini müzakirə etmək imkanımız olacaq, həm də Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair əsas saziş imzalayacağıq". pizza

Putin xatırladıb ki, Moskva və Tehran uzun müddətdir sənəd üzərində işləyib: 

"Çox şadam ki, bu iş başa çatıb. Bu vacibdir, çünki bu, bizə əməkdaşlığımızın praktiki olaraq bütün sahələrinə əlavə təkan vermək imkanı verəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!