Putin son dörd ildə ilk dəfə Hindistana səfər etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin son dörd ildə ilk dəfə Hindistana səfər etdi

Dünya

04 Dekabr 2025 20:20 830


Rusiya Prezidenti Vladimir Putin Hindistanda dövlət səfərindədir.

Oxu.Az bu barədə RBK-ya istinadən xəbər verir.

Bu, Rusiya liderinin son dörd ildə Hindistana ilk səfəridir. Səfər iki gün davam edəcək. Dördpendirli pizza

Rusiya prezidenti Hindistanın Baş naziri Narendra Modi ilə qapalı, qeyri-rəsmi görüş keçirməyi planlaşdırır. Dekabrın 5-də isə Rusiya lideri Modi ilə birlikdə Rusiya-Hindistan biznes forumunun plenar iclasında iştirak edəcək.

Bundan əlavə, Putin "RT India" telekanalının işə salınması mərasimində iştirak edəcək, Mahatma Qandi memorialını ziyarət edəcək və Hindistan Prezidenti Draupadi Murmu ilə görüş keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!