Rusiya prezidentinin mətbuat katibi Vladimir Putinin Amerikanın Ukraynada nizamlanma planını rədd etməsi fikrini yanlış hesab edib.
"Yeni Sabah" interfax-a istinadla xəbər verir ki, Dmitri Peskovdan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner ABŞ planını rədd etdiyini söyləməyin düzgün olub-olmadığını soruşulub.
Kremlin sözçüsü bildirib: "Xeyr, bu düzgün olmazdı. Fakt budur ki, belə bir birbaşa fikir mübadiləsi dünən ilk dəfə oldu və yenə də dünən deyildiyi kimi, bəzi şeylər qəbul edildi, bəziləri qəbuledilməz hesab edildi və bu, kompromis tapmaq üçün normal iş prosesidir". Dominos pizza
Xatırlatma: Putinin Moskvada Uitkoff və Kuşnerlə danışıqları bir gün əvvəl, dekabrın 2-də baş tutub və təxminən 5 saat davam edib.
Telegram kanalımız