Putin Tacikistana səfər edəcək - Tarix açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Putin Tacikistana səfər edəcək - Tarix açıqlandı

Siyasət

08 Sentyabr 2025 23:58 372


Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, ölkə Prezidenti Vladimir Putin oktyabrın 9-da Tacikistana dövlət səfəri edəcək.

Bu barədə "Report" Rusiya KİV-ə istinadən xəbər verir.

O, Tacikistan səfirliyində həmin respublikanın Müstəqillik Gününə həsr olunmuş ziyafətdə çıxışında deyib ki, hər iki ölkənin prezidentləri şəxsi nümunə ilə bugünkü çətin dünyada dostluğun necə qorunub saxlanıla biləcəyini və qorunub saxlanmalı olduğunu nümayiş etdiriblər. pizza hut

Diplomat həmçinin əmin olduğunu bildirib ki, Putinin səfəri Rusiya və Tacikistan arasında çoxtərəfli əlaqələrin inkişafına yeni güclü təkan verəcək, eləcə də ölkələrə ikitərəfli əlaqələrin inkişafı üçün yeni vektorlar tapmağa imkan yaradacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!