Putin təkzib etdi: “İrana peyk satmamışıq”

saytların hazırlanması

Evə çatdırılma

Putin təkzib etdi: “İrana peyk satmamışıq”

Dünya

12 İyun 2021 11:08 1225


Rusiya prezidenti Vladimir Putin ölkəsinin İrana modern peyk texnologiyası satması xəbərini “cəfəngiyat” adlandırıb.

Yenisabah.az NBC-yə istinadla xəbər verir ki, o, İranla hərbi və texnoloji əməkdaşlıq planlarının varlığını təkzib etməyib.

Putin deyib: ““Washington Post”un ABŞ-ın İraqdakı hərbi bazalarını izləmək üçün İrana qabaqcıl rus peyklərinin tədarükünə dair hesabatı böyük bir yalana söykənir. Bu xəbərin təfərrüatları barədə məlumatım yoxdur. Bəlkə də bu xəbəri yayanlar məndən çox bilir”. Dördpendirli pizza

Xatırladaq ki, “Washington Post” bu yaxınlarda bəzi ABŞ rəsmilərinə istinadla Rusiyanın Yaxın Şərqdəki mümkün hərbi hədəfləri izləmək üçün İrana “Canopus” adlı modern peyk sistemi verməyi planlaşdırdığına dair məlumat dərc edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!