Putin, Tramp və Makron Qarabağla bağlı birgə bəyanat verib

saytların hazırlanması

Evə çatdırılma

Putin, Tramp və Makron Qarabağla bağlı birgə bəyanat verib

Dünya

01 Oktyabr 2020 16:49 4737


Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı birgə bəyanat yayıblar.

“Yeni Sabah” xəbər verir ki, liderlər bəyanatda tərəfləri atəşkəs rejimini, həmçinin şərt irəli sürmədən danışıqları bərpa etməyə çağırıblar.

V.Putin, D.Tramp və E.Makron döyüşlər nəticəsində ölənlərin yaxınlarına başsağlığı veriblər, yaralılara isə şəfa diləyiblər. Pepperoni pizza

Qeyd edək ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləridir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!