Putin tüğyan edən yoluxmalara baxmayaraq “Birbaşa xətt”ə çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Putin tüğyan edən yoluxmalara baxmayaraq “Birbaşa xətt”ə çıxacaq

Dünya

30 İyun 2021 08:35 985


Vladimir Putin ölkəsində tüğyan edən yoluxmalara baxmayaraq, hər il keçirilən və televiziya ilə translyasiya olunan sual-cavab sessiyasına hazırlaşır. Vladimir Putin ölkəsində tüğyan edən yoluxmalara baxmayaraq, hər il keçirilən və televiziya ilə translyasiya olunan sual-cavab sessiyasına hazırlaşır.

“Birbaşa xətt” adlanan bu sessiya bu gün, parlament seçkisinə 11 həftə qaldığı bir vaxtda keçiriləcək. Kremlin quraşdırdığı Konstitusiya dəyişiklikləri hazırkı müddəti 2024-cü ildə başa çatacaq Putinin 2036-cı ilədək prezident olmasına imkan verir.

Ötən illərdə keçirilən çoxsaatlıq “Birbaşa xətt” proqramlarından məqsəd Putini xalqın ehtiyaclarına diqqətli və qayğıkeş bir lider kimi təbliğ etmək olub. Dominos pizza

Bu seanslar zamanı Putinə ölkənin müxtəlif yerlərindən - əsasən adi vətəndaşlardan telefon zəngləri gəlir. Adamların bəzi xahişləri “elə yerindəcə” həll edilir.

Bununla da xarici və daxili siyasətdə uğurları ilə tanıdılan prezidentin həm də zibilxana və ödənməmiş maaşlar kimi xırda yerli məsələlərə də diqqətli olduğu nümayiş etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!