Putin Türkiyəyə getməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Putin Türkiyəyə getməyəcək

Siyasət

15 May 2025 00:18 641


Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar aparamaq üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, mayın 15-də İstanbulda Ukrayna ilə danışıqlar aparacaq nümayəndə heyətinə prezidentiin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. pizza

Bundan başqa, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksey Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxil edilib.

Putin həm də Ukrayna ilə danışıqlar aparmaq üçün ekspertlər qrupunun tərkibini təsdiq edib.

Eskpertlər qrupuna, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini A. Zorin, Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin humanitar sahədə dövlət siyasəti üzrə müavini Y. Podobreevskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru A. Polişuk və Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini V. Şevtsov daxil edilib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!