"Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə keçirilən görüşdə Suriya, Əfqanıstan, Liviya və Dağlıq Qarabağla bağlı problemləri müzakirə ediblər".
Yenisabah.az "RİA Novosti" xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov danışıqlar zamanı tərəflərin regional problemlərə xüsusi diqqət yetirdiklərini vurğulayıb. pizza mizza
"Suriya ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, Əfqanıstandan danışıldı, Liviyadan və əlbəttə, Dağlıq Qarabağ nizamlanmasından danışıldı", - Rusiya dövlət başçısının sözçüsü bildirib.
Onun sözlərinə görə, Putin Ərdoğanla söhbəti zamanı Qarabağ münaqişəsi tərəfləri arasında kompromisli həll yollarının vacibliyini vurğulayıb:
"Rusiya tərəfi vurğuladı ki, tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı kompromisli bir həll axtarmalıdırlar".
Telegram kanalımız