Putin və Paşinyan arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Putin və Paşinyan arasında telefon danışığı oldu

Rəsmi

02 Avqust 2022 17:40 1014


Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Dağlıq Qarabağ üzrə sazişlərin icrasını müzakirə ediblər: pizza hut

“Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin ayrı-ayrı praktiki aspektləri müzakirə edilib".

Məlumatda qeyd edilib ki, Putin və Paşinyan müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!