Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İranın nüvə proqramı ilə bağlı danışılarkən, Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) və BMT Təhlükəsizlik Şurasının 2015-ci il 20 avqust tarixli 2231 saylı Qətnaməsinin qorunmasını və tam icrasını təmin edəcək yekun razılaşmanın əldə edilməsi üçün diplomatik səylərin davam etdirilməsi zərurəti qeyd edilib”, - deyə məlumatda vurğulanır. pizza
Tərəflər, həmçinin, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Onların ardıcıl möhkəmlənməsi, o cümlədən ticarət-iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsi üçün qarşılıqlı meyl ifadə olunub.
Mətbuat xidməti bildirib ki, söhbət zamanı regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi probleminə də toxunulub:
“Xüsusən də, Suriya nizamlanmasına kömək üçün Astana prosesi çərçivəsində gələcək işlərə sadiqlik bir daha təsdiqlənib”.
Telegram kanalımız