Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş Moskva vaxtı ilə təxminən saat 17:00-da başlayacaq.
"Yeni Sabah" interfax-a istinadla xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov hindistanlı jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
O, Moskva səfərindən əvvəl ABŞ hakimiyyətinin 2 həftə ərzində Ukrayna tərəfi ilə intensiv işlədiyini xatırladıb və əlavə edib ki, Moskva ABŞ-nin Ukrayna münaqişəsini həll etmək səylərini yüksək qiymətləndirir. pizza mizza
Uitkoffun 2025-ci ildə altıncı səfəri olacaq.O, ilk dəfə fevralda Moskvaya səfər edib, daha sonra 13 mart, 11 və 25 aprel və 6 avqustda Moskva və Sankt-Peterburqa səfər edib.
Telegram kanalımız