Moskvada qonaqlarını uzun masa arxasında qəbul edən Rusiya prezidenti Putin bu dəfə Türkmənistanda bölgə liderləri ilə nəhəng masa arxasında oturmalı olub.
Yenisabah.az xəbər verir ki, Vladimir Putin Ukraynanın işğalından sonra ikinci xarici səfərini Aşqabada edib. O, VI Xəzər Sammitində iştirak edib.
Türkmənistanın ev sahibliyi ilə keçirilən zirvədə Xəzəryanı ölkələrin liderləri nəhəng masa arxasında oturmaları ilə diqqət çəkib. Dördpendirli pizza
İran prezidenti İbrahim Rəisi, Azərbaycan prezidenti İlham Əliyev, Türkmənistan prezidenti Serdar Berdıməhəmmədov və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qatıldığı görüşdə Putin və digər 4 liderin bir-birindən çox uzaqda əyləşməsi müzakirələr doğurub.
Sosial mediada bir çoxları nəhəng masanı bu həftə Almaniyada G7-də istifadə edilən "normal ölçülü" masalarla və İspaniyada davam edən NATO toplantıları ilə müqayisə edib.
Telegram kanalımız