Putindən təbrik: Rusiya prezidenti İlham Əliyevə nə yazıb?

saytların hazırlanması

Evə çatdırılma

Putindən təbrik: Rusiya prezidenti İlham Əliyevə nə yazıb?

Siyasət

21 Mart 2025 15:00 1457


Rusiya prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu. Pepperoni pizza

Novruz - bahar bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Rusiya-Azərbaycan münasibətləri tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə, Cənubi Qafqazda və Xəzərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu əziz bayram günündə Sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!