Putinə ən yaxın qadın lider Bakıya gəldi:   Kreml nə etməyə çalışır? - DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Putinə ən yaxın qadın lider Bakıya gəldi: Kreml nə etməyə çalışır? - DETALLAR

Siyasət

16 Mart 2025 17:33 11312


Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Yenisabah.az xəbər verir ki, səfər çərçivəsində ölkə rəhbərliyi və parlament nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Xüsusilə, son aylarda AZAL təyyarəsinin Rusiya tərəfindən vurulması fonunda iki ölkə arasında yaranmış diplomatik gərginlik diqqət mərkəzində olub. Lakin son dövrlərdə Moskvanın münasibətlərin normallaşmasına çalışdığı və təşəbbüsü öz üzərinə götürdüyü müşahidə edilir. pizza hut

Analitiklər hesab edirlər ki, Prezident Vladimir Putinə yaxın Matviyenkonun Bakıya səfəri Moskvanın münasibətlərin istiləşməsində maraqlı olduğunu göstərir.

Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı görüşlərində siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi, enerji əməkdaşlığı və regional təhlükəsizlik məsələlərinin əsas mövzulardan biri olacağı gözlənilir.

Səfərin nəticələrinin iki ölkə arasındakı münasibətlərə hansı təsirləri göstərəcəyi yaxın günlərdə daha da aydın olacaq./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!