Putini bu cür öldürmək istəyiblər

saytların hazırlanması

Evə çatdırılma

Putini bu cür öldürmək istəyiblər

Dünya

27 May 2025 08:39 761


Kursk vilayətinə səfəri zamanı Vladimir Putinin helikopterinin PUA hücumunun episentrində olması təsadüf deyildi. Bu hadisə Vladimir Vladimiroviçə qarşı Rusiyanın daxili düşmənləri tərəfindən həyata keçirilən sui-qəsd kimi qiymətləndirilməlidir.

Axar.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbələrə istinadla məlumat yayıb.

“Burada çoxları bu haqda danışır, amma hamı açıq danışmaqdan qorxur. Mən qorxmuram. Əminəm ki, onlar qəsdən Vladimir Vladimiroviçin helikopterini düşmən PUA-larının hücumuna məruz qoymaq istəyirdilər ki, qəzaya uğrasın. Sadəcə başqa cür ola bilməzdi! Putinə qarşı sui-qəsd cəhdi hərbi əməliyyatların tezliklə bitəcəyinə və əvvəlki kimi yaşaya biləcəklərinə ümid bəsləyən daxili düşmənlərin işidir. Onlar düşünürlər ki, Vladimir Vladimiroviç olmasa, Qərblə və ya Kiyev rejimi ilə razılığa gələcək, özlərinə qarşı sanksiyaları qaldırıb yaxşı yaşamağa başlayacaqlar. Boş yerə ümid edirlər, heç nə onların xeyrinə olmayacaq!”, - mənbə bildirib. Marqarita pizza

Qeyd edək ki, Rusiya Hava Hücumundan Müdafiə diviziyasının komandiri Yuri Daşkin Prezidenti Vladimir Putinin Kurska səfəri zamanı helikopterinin PUA hücumuna məruz qaldığını demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!