Putinin 12 min dollarlıq gödəkcəsini istehsal edən şirkət Rusiyadan çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Putinin 12 min dollarlıq gödəkcəsini istehsal edən şirkət Rusiyadan çıxdı

Maraqlı

20 Mart 2022 23:08 643


Fransa mənşəli “LVMH” (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupu Rusiya Federasiyasını tərk edir.

Yenisabah.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “sky.it” kanalı məlumat yayıb.

Qeyd etmək lazımdır ki, Rusiya prezidenti Vladimir Putin Moskvanın Lujniki stadionunda 200 minlik tərəfdarının önünə məhz həmin qrupa məxsus brend sayılan “Loro Piana” gödəkcəsi ilə çıxmışdı. pizza hut

“Bu ilin mart ayının 18-də Vladimir Putin bizim köhnə kolleksiyalarımıza aid gödəkcə ilə Moskva stadionundakı səhnəyə çıxıb. Lakin biz artıq Rusiyaya bütün tədarüklərimizi bitirmişik və Ukrayna xalqına kömək edirik”,-deyə şirkətin rəsmi məlumatında bildirilir.

“LVMH” həmin gödəkcənin qiymətinin 1,5 milyon rubl, yəni 12 min dollar dəyərində olduğunu təsdiqləyib.\Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!