Putinin bu gün işdən çıxardığı nazir evində ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Putinin bu gün işdən çıxardığı nazir evində ölü tapıldı

Dünya

07 İyul 2025 19:10 1039


Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İlkin məlumata görə, o, mənzilində intihar edib. Pepperoni pizza

“Mash”ın məlumatına görə, keçmiş nazirin meyitinin yanında PM tapançası tapılıb.

“Baza” və “Kommersant”ın yazdığına görə, Starovoytun intiharı cinayət işi ilə bağlı ola bilər. Mənbələrin bildirdiyinə görə, Kursk vilayətinin keçmiş rəhbəri, əvvəllər onun müavini işləmiş və 1 milyard rubl məbləğində dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov onun əleyhinə ifadə verib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.

Xatırladaq ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!