Putinin dəstəkçilərinə sərt cavab: “Ağalarını müdafiə etməsələr, pulları kəsiləcək“

saytların hazırlanması

Evə çatdırılma

Putinin dəstəkçilərinə sərt cavab: “Ağalarını müdafiə etməsələr, pulları kəsiləcək“

Maraqlı

11 Mart 2022 12:34 1262


Beş yüz rus yazıçısı Putinin işğalçılıq siyasətini müdafiə edərək, Rusiya ordusunun faşistlərlə döyüşdüyünü bildirib. Rusiyalı yazarların bu mövqeyi təəccüblə qarşılanıb. 

Yazıçıları müharibəni müdafiə etməyə nə vadar edir? 

Özlərini Dostoyevskinin, Tolstoyun davamçıları hesab edən yazıçılar nədən günahsiz sakinlərin, qadın və uşaqların ölümünə haqq qazandırır? Marqarita pizza

Yazıçı Şərif Ağayar məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verib:

“Sovet dövründən üzübəri avtoritar sistemlər yazıçı birliklərini belə məqamlarda danışdırmaq üçün saxlayırlar. Onlar əslində de-fakto siyasi cəmiyyət, hətta siyasi partiya kimi fəaliyyət göstərirlər. Ağalarını müdafiə etməsələr, pulları kəsiləcək. Avtoritar olmasa belə siyasi hakimiyyətlərin “saxladığı” yazıçılar təşkilatı mütərəqqi heç nə edə bilməz. Bizim Yazıçılar Birliyinin timsalında bunu aydınca görürük. Bir gün ordan da Putini müdafiə edənlər dəstəsi çıxsa, təəccüblənmərəm. Kolxoz təfəkkürü hər zaman totalitarizmin yanında olub və olacaq”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!