“SSRİ dövrdə Azərbaycan və Ermənistanın yalnız inzibati sərhədləri var idi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.
O, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya üçün niyə məhz SSRİ Baş Qərargahının 1975-ci ilə aid xəritəsinin əsas götürüldüyünü izah edib: Pepperoni pizza
“İnzibati sərhədləri 1:500.000 və 1:1.000.000 miqyasındakı xəritələrə köçürülüb. Lakin Putinin təklif etdiyi 1:25.000.-lik miqyasında olan xəritədir. Ərazilərdə o xəritələr əsasında müəyyənləşdirmək çox asandır. Putinin dediyi odur ki, 1:25.000-lik miqyaslı xəritələrdə 1-10 metrə qədər olan əraziləri tam dəqiqliklə müəyyən etmək olur.
Mən Putinin bu məsələdə xüsusi bir niyyətinin olduğunu düşünmürəm. Nəyə görə? Çünki sərhədlər haradan keçəcəksə, bu, Rusiya üçün mühüm deyil.
Sərhədlərin haradan keçdiyini təxmini məlumdur, heyətlər bunun üzərindən araşdırmalar aparır”.
E. Şıxəliyevin sözlərinə görə, Putinin hamıya bəyan etmək istədiyi yalnız budur: “Bu prosesin tənzimlənməsində vasitəçi mənəm”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız