Putinin müəmmalı qonağı   - Gecə saatlarında Kremldə gizli görüş

saytların hazırlanması

Evə çatdırılma

Putinin müəmmalı qonağı - Gecə saatlarında Kremldə gizli görüş

Dünya

05 Mart 2021 01:46 1730


Rusiya Prezidenti Vladimir Putin dünən axşam saatlarında Kremldə Moskvaya gələn bir həmkarı, xarici dostla söhbət etdiyini söyləyib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə “Biz Birlikdəyik” kampaniyasında iştirak edən könüllülərlə görüşdə danışıb.

Onun sözlərinə görə, dostu ilə görüş zamanı koronavirus pandemiyası dövründəki həyatı müzakirə ediblər. Toyuqlu pizza

Putin dostunun təəssüratlarını bölüşərək, onun Moskvada gördüklərindən təəccübləndiyini söyləyib:

“Bilirsiniz, mən bu görüş haqda bəzi şeyləri sizinlə bölüşə bilərəm. Dünən Kremldə işləyərkən Moskvaya gəlmiş bir həmkarımla, dostumla görüşdüm. O, əcnəbidir və Rusiyaya gəlib. Dedi ki, Avropanın ən böyük şəhərlərində küçələrdə nadir halda avtomobillər görmək olur, demək olar ki, insanlar yoxdur, hər yer qapalıdır”.

Putin görüşün çox gec saatlarında baş tutduğunu bildirib, amma müəmmalı qonağının adını açıqlamayıb. /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!