“Transparency International-Russia”-nın jurnalistləri Qəraib dənizi sahillərində Putinin müşaviri Yumaşevə məxsus bir villa aşkarlayıblar.
Yenisabah.az “Novaya Qazeta”ya istinadla xəbər verir ki, Valentin Yumaşev və arvadı Tatyanaya məxsus villa Sen-Bartelemi adasında yerləşir. Bunu 2020-ci ilin oktyabrında aparılan reyest qeydi isbatlayır.
Yumaşevlər adada qeydiyyatdan keçmiş “CDA” şirkətinin sahibləridir. Etibarnamədə şirkətin əmlak alqı-satqısı üçün yaradıldığı bildirilir. pizza sifarişi
Yumaşev ailəsinə məxsus ərazinin sahəsi 2,5 min kvadratmetr, mülkün dəyəri isə 15 milyon avrodur. 6 otaqlı evin alışını sahibi də təsdiqləyib. “Onu qazandığım pul və Rusiya banklarından götürülmüş kreditlə almışam”. Bundan başqa, dövlət müşavirinin gəlir bəyannaməsində milyarder Alişer Usmanova məxsus bir şirkətə konsaltinq xidmətləri göstərməsi və bunun müqavilində pul mükafatı alması qeyd olunub.
Xatırladaq ki, Yumaşevin arvadı Tatyana Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin qızıdır. 2010-cu ildə Tatyana Yumaşeva “Live Journal”-da yazıb ki, “əgər kimsə xaricdə mənə məxsus mülk tapsa, onu özünə götürə bilər”.
Telegram kanalımız